İnteryer dizaynda QİYMƏT FƏRQİ

MARAQLI
14:07 / 30.06.2026
120

İnsan gününün böyük hissəsini evdə keçirir. 

Buna görə də yaşadığı məkanın səliqəli, rahat və zövqoxşayan olması çox vacibdir. Ev nə qədər baxımlı və gözəl görünsə, insan da özünü orada bir o qədər rahat və xoşbəxt hiss edər. Rahatlıq təkcə evin böyük olmasından asılı deyil. Divarların rəngi, döşəmə, işıqlandırma, mebellərin düzülüşü və ümumi dizayn da evin ab-havasına ciddi təsir göstərir.

Qeyd edək ki, bir çox ölkədə insanlar evlərini uzun illər eyni vəziyyətdə saxlamırlar. Onlar müəyyən müddətdən bir təmir işləri aparır, otaqların görünüşünü dəyişir, yeni rənglərdən və fərqli dizayn elementlərindən istifadə edirlər. Bunun əsas səbəblərindən biri uzun müddət eyni mühitdə qalmağın insanda yorğunluq yaratmasıdır. Evin görünüşündə edilən kiçik dəyişikliklər belə insana yenilik hissi bəxş edir, əhvalını yaxşılaşdırır və yaşadığı məkandan daha çox zövq almasına kömək edir. 

Buna görə də evin vaxtaşırı yenilənməsi təkcə estetik baxımdan deyil, insanların psixoloji rahatlığı baxımından da faydalı hesab olunur. Ancaq bu həzzi, komfort hissini almaq heç də hər kəsə nəsib olmur. Məlumdur ki, ölkəmizdə evlərin təmiri və interyer dizaynı ilə məşğul olan həm şirkətlər, həm də müstəqil dizaynerlər fəaliyyət göstərir. Bəzi şirkətlər müştəriyə tam xidmət paketi təqdim edir. 

Yəni layihənin hazırlanmasından başlayaraq tikinti materiallarının seçilməsi, alınması, təmir işlərinin görülməsi və interyerin tamamlanmasına qədər bütün prosesi öz üzərlərinə götürürlər. Hətta köhnə ev tam sökülərək müasir layihə əsasında yenidən inşa edilə bilər. Onların xidmət haqqı adətən şirkətlərlə müqayisədə fərqli olur. 

Ümumiyyətlə, bazarda qiymətlər vahid deyil. Təklif olunan xidmətin həcmi, istifadə olunan materiallar, dizaynerin təcrübəsi və şirkətin nüfuzu qiymətə təsir etdiyi üçün eyni işə görə müxtəlif məbləğlər tələb oluna bilər. Bəzən bir şirkətin təklif etdiyi qiymət digəri ilə müqayisədə iki dəfəyə qədər yüksək olur. 

Bu da istəməz vətəndaşların haqlı narazılığına səbəb olur. Onu da bildirək ki, qiymətlərə təsir edən əsas amillərdən biri də layihənin həcmi və mürəkkəbliyidir. Mənzilin sahəsi böyük olduqca və xüsusi sifarişlər artdıqca xidmət haqqı da yüksəlir. Bundan başqa, dizaynerin təcrübəsi, tanınmışlığı və portfoliodakı layihələri də qiymətin formalaşmasında mühüm rol oynayır. 

Araşdırmamız zamanı məlum oldu ki, Azərbaycanda interyer dizayn xidmətləri üçün vahid qiymət cədvəli yoxdur. Hər bir şirkət və ya fərdi dizayner öz xidmət paketini və tariflərini müstəqil şəkildə müəyyən edir. Buna görə də eyni ölçülü mənzil üçün təqdim olunan qiymətlər arasında ciddi fərqlər yarana bilər...

Günel Cəlilova

0