Azərbaycan tankçıları Rusiya və Çinlə yarışacaq - FOTO

12:56 / 03.09.2020
1367

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız final mərhələsinə yüksəlib.

Bu barədə HİT.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Sentyabrın 5-də keçiriləcək final mərhələsində Azərbaycan tankçıları Rusiya, Çin və Belarus komandaları ilə yarışacaq.

0