Məşhur sənətçimiz vəfat etdi - FOTO/VİDEO

MƏDƏNİYYƏT
09:47 / 01.05.2024
379
Cazmen, pianoçu, bəstəkar və aranjimançı Rövşən Rzayev vəfat edib.
 
Axşam.az-ın məlumatına görə, bu barədə vokalist, bəstəkar Qasım Xəlilov məlumat yayıb. Onun sözlərinə görə, R.Rzayev 30 aprel - Beynəlxalq Caz Günündə dünyasını dəyişib.
 
Qeyd edək ki, R.Rzayev mərhum Xalq artistləri Müslüm Maqomayev və Rəşid Behbudovla birgə çalışıb. O, Azərbaycan Milli Konservatoriyasında pedeqoq kimi də fəaliyyət göstərib.
 

0