İlham Əliyev: Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub

SİYASƏT
10:55 / 01.05.2024
222

Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında bildirib.

“Azərbaycan daxilində mədəniyyətlərarası dialoq hər zaman müsbət olub”, - deyən dövlət başçısı vurğulayıb ki, biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Prezident qeyd edib ki, multikulturalizm Azərbaycan vətəndaşları üçün hər hansı abstrakt məfhum deyil, həyat tərzidir.

0