Vilayət Eyvazovdan yeni TƏYİNAT

23:22 / 08.04.2021
1228

Daxili İşlər Nazirliyinin Zərdab Rayon Polis Şöbəsinə rəis müavini təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, nazir, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Kürdəmir RPŞ-nin təhqiqat bölməsinin rəisi, polis mayoru İkram Əhmədov vəzifəsindən çıxarılıb.

Nazirin digər əmri ilə mayor İ.Əhmədov Zərdab RPŞ-nin əməliyyat işi üzrə rəis müavini təyin olunub.

0