DİN “Akkord”u məhkəməyə verdi

ÖLKƏ
12:16 / 10.05.2021
2495

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsi “Akkord” şirkətini məhkəməyə verib.

 HİT.Az xəbər verir ki, DİN-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. Mayın 15-nə hazırlıq iclası təyin edilib.

DİN-lə “Akkord” arasındakı məhkəmə çəkişməsinin səbəbinə gəlincə, iddialara görə, şirkət üzərinə düşən öhdəlikləri yerinə yetirməyib.

VÜQAR

0