"Sputnik V" peyvəndinin növbəti partiyası gətirildi

ÖLKƏ
20:35 / 10.06.2021
441

Azərbaycana Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin növbəti partiyası gətirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən HİT.az-a verilən məlumata görə, Rusiyadan Azərbaycana ümumilikdə 80 min doza “Sputnik V” vaksini çatdırılıb.

Qeyd edək ki, martın 11-də Baş nazir Əli Əsədov 300 min doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, mayın 2-də Rusiyadan Azərbaycana “Sputnik V” vaksininin 40 min doza peyvənddən ibarət ilk partiyası gətirilmişdi.

Azərbaycanda “Sputnik V” vaksininin istifadəsinə isə mayın 18-dən başlanılıb.

0