Polis polkovnik-leytenantı iş başında ÖLDÜ

ÖLKƏ
21:51 / 14.05.2022
745

Bakıda polis polkovnik-leytenantı iş başında vəfat edib.

Hit.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün Xətai Rayon Polis İdarəsinin inzibati binasında baş verib.

İdarənin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Aydın oğlu Səfərov xidməti otağında olarkən onun halı qəfil pisləşib.

Dərhal təcili tibbi yardım xidmətinə müraciət edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.  

0