Vətəndaşlara XƏBƏRDARLIQ: Çağrı mərkəzləri işləməyəcək

22:29 / 14.05.2022
982

"155" çağrı mərkəzinin, o cümlədən "109" məlumat xidmətinin işini təkmilləşdirmək və xidmət keyfiyyətini artırmaq məqsədilə may ayının 14-dən 15-nə keçən gecə saat 01:00-dan 08:00-dək texniki-profilaktik işlər həyata keçiriləcək.

"Baktelecom"dan verilən məlumata görə, bu müddət ərzində müraciətlərin qəbulu sayt və sosial şəbəkələr üzərindən mümkün olacaq.

"Aztelekom"dan isə bildirilib ki, profilaktik işlər qeyd edilən vaxtda müəssisəyə aid "170" Çağrı mərkəzi üzrə də aparılacaq.

0