Yay aylarında allergik xəstəliklərin artmasına səbəb nədir?

ÖLKƏ
15:47 / 06.06.2023
442

“Yay aylarında allergik xəstəliklərin çox yayılmasının əsas səbəbi bitki tozlarıdır. Çünki yaz və yay aylarında hava bitki tozları ilə daha çox çirklənir. Bu da bəzi hallarda allergik problemlərə səbəb olur”.

Bu sözləri infeksionist Mərdan Əliyev HİT.az-a açıqlamasında deyib.

O bildirib ki, allergiyanın meydana gəlməsi normal şəxslərə heç bir ziyan göstərmir:

327471

“Amma allergiyaya meyilli şəxslərdə və bitkinin tozuna qarşı xüsusi allergiyası olanlarda problemlər meydana gələ bilir. Müxtəlif şəxslərə fərqli bitkilərin tozları təsir göstərir. Adətən bir bitki tozu bir insana, digər bitki tozu isə başqa birinə təsir göstərir. Yəni bu, spesifik prosesdir. Bunun qarşısını almaq üçün tozdan uzaq durmaq lazımdır. Xəstə özü hansı bitkiyə qarşı allergiyasının olduğunu müəyyən etməli və həmin bitkidən uzaq durmalıdır. Ən vacib məsələ budur. Məsələn, mən kəndimizə gedəndə həmişə allergiyam olurdu. Sonra tapdım ki, allergiyamın səbəbi orada olan bir gülə qarşıdır. Mən də məcbur olub həmin bitkini kəsdirdim. Ondan sonra isə kəndə gedəndə məndə heç bir allergiya müşahidə edilmir". 

Həkim allergiyanın necə meydana gəlməsindən də söz açıb:

"Allergiya əsasən tənəffüs yolları vasitəsilə orqanizmə daxil olur. Xəstədə asqırma, burun axması, gözlərdə qızarma və sulanma kimi hallar müşahidə edilir. Yəni xəstə qrip kimi olur. Kənardan baxanda xəstənin qrip və ya zökəm olduğu kimi bir fikir formalaşır. Bunun isə müalicəsi var. Amma ən yaxşı metod allergik fondan uzaq durmaqdır. Əgər bundan uzaq durmaq mümkün deyilsə, onda anti-allergik dərmanlardan istifadə etmək lazımdır".

Pərviz

0