Mehriban Əliyeva jurnalistləri belə təbrik etdi (FOTO)

10:16 / 22.07.2020
1540

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 22 iyul - Milli Mətbuat günü münasibəti ilə paylaşım edib. 

HİT.Az xəbər verir ki, Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:

"Hörmətli KİV nümayəndələri! Əziz dostlar!

Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!"

5