Yeməkdən doymayan adamların dərdi sevgisizlikdir - Psixoloq

MARAQLI
22:18 / 08.05.2024
464

“Cəmiyyətimizdə orta yaşlı insanların çoxu çox yeməkdən, yeməkdən doymamaqdan şikayətlənir. 

Bizim yeməyə qarşı acgözlüyümz sevgisizlikdən irəli gəlir. Uşaq vaxtı valideynlərindən gözlədiyi sevgini ala bilməyənlər irəliləyən yaşlarda yemək acgözü olurlar. Elm bunu sübut edib”.

Bu fikirləri Hit.az-a psixoloq Vəfa Ağabalayeva səsləndirib.

“30 yaşdan böyük olan nəsli uşaqlarını sevməkdən utanan validyenlər böyüdüb. Onlar öz böyüklərindən belə görüblər. Övlada böyüklərin yanında sevgi göstərmək olmaz. Amma düşünməyiblər ki, məhz bu hal  travma yaradır, sevgiyə ac insan nəsli yetişdirir. Beyin sevgidən ala bilmədiyi xoşbəxtliyi yeməkdə axtarır. Belə insanlar yesələr də, doya bilmirlər. Çünki istədikləri şey əslində yemək yox, sevilmək, qayğı görmək, əzizlənməkdir. Piylənmə xəstəliyinin əsasında ətrafdan aldığımız stressi qapadacaq xoşbəxtlik hormonunu ala bilməməyimiz dayanır”,- deyə o əlavə edib.

Murad

0