Gürcüstanda başlayan siyasi qalmaqalın Azərbaycana təsiri ola bilərmi?

SİYASƏT
17:02 / 06.05.2024
275

Gürcüstanda "Xarici təsir haqqında" qanun layihəsi ilə bağlı gərginlik yaşanır. Bir neçə gündür ki, bu layihə ətrafında qalmaqallar müxalifətin aksiyaları, aksiyalar və həbslərlə müşayiət olunur. Maraqlıdır ki, Qərb bu məslədə Rusiyanı, Rusiya isə Qərbi ittiham edir.

Avropa Şurasının sədri Şarl Mişel "Bu qanun Gürcüstanı Avropa İttifaqına yaxınlaşdırmaq əvəzinə, uzaqlaşdıracaq" şəklində bəyanat verib.

Bəs Gürcüstanda nə baş verir, sərhəd qonşumuzun evindəki qarışıqlıq Azərbaycana da təsir edə bilərmi?

Hit.az-ın sualını siyasi şərhçi Tərlan Eyvazov cavablandırıb:

"Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qəbulu Qərb dairələri tərəfindən xoş qarşılanmayıb. Baxmayaraq ki, Amerika özü bu qanunu yarım əsrdən çoxdur qəbul edib. Gürcüstanda Qərbdən maliyyələşən 25 QHT var. Bu ölkədə basdırılmış gizlin mina kimi bir şeydir:

"Xarici agentlər”in yolunun bağlanması Qərbi narahat etdiyi üçün süni şəkildə xaos yaradıb. Çünki bu qanun qəbul edilərsə, Qərbin Gürcüstandakı bütün  gizli şəbəkəsi çökəcək. Bu Azərbaycanı sevməyən  və onu əldə saxlamaq istəyən  güclərin də planlarına mane olur. Çünki Gürcüstan Qərbin Azərbaycanla bağlı planlarında bağlayıcı rol oynayır. Qərb dairələri Azərbaycandakı şəbəkəni Gürcüstan vasitəsilə təmin edirdi. 2010-cu ildən Azərbaycan xaricdən maliyyələşən təşkilatları bağlamaqla  böyük bir addım atmış oldu. Qərb dairələri Cənubi Qafqazda təsir alətlərini itirməkdən qorxduğu üçün suyu bulandırır. Görünən odur ki, Qərb Gürcüstanda növbəti  "Maydan ssenari"sinə hazırlaşır".

Murad

0