Uşaqlıq travmalarının səbəbləri...

21:36 / 08.05.2024
354

Övladlarımızı sağlam ruhda böyütmək sağlam qida ilə böyütməkdən daha vacibdir. Ancaq mütəxəssislər bu mövzu ilə bağlı fərqli düşüncədədir.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, hər bir valideyn övladının ali təhsil alıb yaxşı bir işlə təmin olunmasını, karyera qurmasını arzulayır. Ancaq uşaqla düzgün davranmağı, həssas psixikasını zədələməməyi, uşaqlıq travmalarından qorumağı hər kəs bacarmır: 

“Nəticədə uşağı ali təhsil müəssisəsində, arzuladığı yüksəkliklərdə görmək əvəzinə itirir. Uşağın düşdüyü mühit, üzləşdiyi insanlar onun formalaşmasına təsir etsə də, əsas məsuliyyət valideynlərin üzərinə düşür. Bu gün intiharların, xoşagəlməz hadisələrin böyük faiz günahkarı valideynlərdir”. 

Onun dediyinə görə, ölkəmizdə çox ailədə müşahidə edilən müqayisə ən yanlış tərbiyə üsuludur: 

“Heç vaxt heç bir mövzuda filankəsin övladı ilə öz övladınızı müqayisə etməyin. Bu onlarda travma yaradır. Bundan əlavə, minnət hissinin qoyulması problemi var”.

Sevinc

0