Rəşad Əliyev yeni vəzifəyə təyin olundu

ÖLKƏ
14:20 / 04.04.2023
527

“Cahan Holding”də yeni təyinat olub.

Uzun illər reklam sahəsində çalışmış, tanınmış PR -çı Rəşad Əliyevə “Cahan Holding”də- yeni vəzifə verilib.

Öz sahəsində peşəkar olan Əliyev “Cahan Holding” KŞİ-nin İctimai Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Bu barədə Rəşad Əliyev özü “Hit”.az saytına məlumat verib. “Mən 4 il Sumqayıt Texnologiyalar Parkında çalışmışam . Hazırda yeni şirkətdə peşəkar fəaliyyətimi davam etdirməyə başlamışam. Bundan sonra “Cahan Holding”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edəcəyəm". deyə o bildirib.

0