Bu gündən Azərbaycandan Həcc ziyarəti üçün səfərlər başlayır

ÖLKƏ
09:18 / 17.06.2023
403

Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlar bu gündən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.

HİT.az xəbər verir ki, 1 440 azərbaycanlı zəvvar səkkiz təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək.

Qeyd edək ki, Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlarımız təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.

0