Qadın bezlərindən çox istifadə göbələyə səbəb olur - Ginekoloq

SAĞLAMLIQ
19:40 / 04.06.2024
267

"Qadınlar xüsusən yay aylarında göbələk problemi ilə qarşılaşmaq istəmirlərsə, qadın bezlərindən istidadə etməsinlər.

Özəl günlərdən kənar olan günlərdə bu bezlərin istifadəsini məsləhət bilmirəm. Dəridə bişməcələrə və göbələyin yaranmasına səbəb olur".

Bu fikirləri Hit.az-a ginekoloq Şəfa Əliyeva səsləndirib:

"Qadınlar çox zaman çox xoş qoxulu gellərə,yuyunma vasitələrinə üstünlük verirlər. Amma anlamalıdırlar ki, intim bölgəni sadəcə su və sabunla yumaq kifayətdir. Hətta sabundan çox istifadə də tövsiyə olunmur. İlıq su intim bölgənin florasının qorunmasına kömək edir. Hərdən bir müxtəlif antioksidant tərkibli bitkilərin qaynadıldığı sulardan istifadə yaxşı kömək edir. Məsələn, çobanyastığı və ya palıd qabığı", deyə həkim bildirib.

Murad

0