Uşaqlarda ağız qoxusunun səbəbi

SAĞLAMLIQ
22:17 / 18.09.2024
255

Uşaq analarını narahat edən məsələlərdən biri də onların ağzından pis iyinin gəlməsidir.

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, uşaqlarda ağız qoxusunun əsas səbəbi şəkərli qidaların həddindən artıq qəbuludur:

“Uşaqlarda metobolizm sürətli getdiyi üçün gün ərzində mayeyə tələbatda yüksəlmiş olur.Bol maye qəbul etməyincə ağız boşluğunda quruluq və pis qoxu əmələ gəlməyə başlayır. Uşaqların qəbul etdiyi bəzi dərman preparatları da(allergiya əleyhinə dərmanlar) ağız quruluğuna bağlı pis qoxu əmələ gəlməsinə səbəb olur. Uşaqların uzun müddət istifadə etdiyi əmzik və yemək şüşələri, ağız boşluğunda bakteriyaların artıb çoxalmasına və pis qoxuya səbəb olur. Əmzik və yemək şüşələrini tez tez dəyişdirmək lazımdır”.

Pediatr deyib ki, ağız qoxusunu önləmək üçün ağız gigiyenasına ciddi fikir vermək lazımdır.

Sevinc

0