Sürücülərin nəzərinə: Bu yol 2 gün bağlı olacaq

16:12 / 15.05.2020
1709

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq 16 və 17 may tarixlərində Ziya Bünyadov prospektinə 20 Yanvar dairəsi istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən HİT.Az-a verilən məlumata görə, sürücülər alternativ olaraq Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.

0