Anar Heybətovun ailəsində ağır itki

MAQAZİN
14:17 / 19.05.2024
556

Əməkdar artist Anar Heybətova ağır itki üz verib.

Axşam.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə paylaşım edib. O, əmisi oğlunun dünyasını dəyişdiyini bildirib:

"Əmim oğlu Zaur, Allah sənə rəhmət eləsin. Sənin haqda keçmiş zamanda danışmaq hər birimiz üçün uzun müddət çətin olacaq. Həm ata əvəzi, həm də böyük qardaş kimi yaddaşımızda əbədi yaşayacaqsan. Allah yerini cənnət etsin. Amin".

 

0