Prezident mükafatı alan aktyor nələr danışdı?

MƏDƏNİYYƏT
18:30 / 14.05.2024
671

Bir neçə gün öncə bir sıra mədəniyyət və incəsənət xadimlərinə Prezident mükafatları verilib.

Mükafat alanlar içərisində Gənc Tamaşaçılar teatrının aktyoru Rəşad Səfərov da var. 

O öz sevincini Hit.az saytı ilə bölüşüb.

"Adımın mükafatçılar siyahısında olduğunu görəndə sevincimin həddi-hüdudu olmadı. Buna görə cənab Prezidentə, Mədəniyyət Nazirliyinə və teatrımızın rəhbərliyinə təşəkkür edirəm. Məni gördülər, dəyər verdilər. Bu mükafat hər bir aktyorun ailəsinə sevinc bəxş edir. Buna uyğun planlar qururuq, Prezident mükafatı sosial rifahımızın yüksəlməsi üçün çox böyük dəstəkdir. Aktyor üçün qiymətləndirildiyini görməkdən böyük mükafat ola bilməz", deyə o bildirib.

Rəşad Səfərov bu mükafatın eyni zamanda onun çiyinlərinə böyük məsuliyyət yüklədiyini deyərək, bundan sonra yaradıcılığında daha məhsuldar , daha inamlı olacağını bildirib.

Murad

0