Taksilərdə gediş haqqı nə üçün artdı? - AÇIQLAMA 

İQTİSADİYYAT
13:14 / 15.05.2024
486

Son günlərdə taksilərdə gediş haqlarının artdığı müşahidə olunur. 

Belə ki, ölkəmizdə fəaliyyət göstərən əsas taksi şirkətləri ardıcıl olaraq xidmət haqlarını bahalaşdırdılar. Konkret olaraq, keçən həftə taksilərdə gediş haqları 10 faiz bahalaşdı. Üstəlik, iyul ayından etibarən bunun daha da artacağı proqnozlaşdırılır. 

Bəs bu artıma səbəb nədir? 

350310

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, son günlərdə taksilərdə gediş haqlarının artmasının müəyyən səbəbləri var:

"Qiymət artımına təsir edən əsas amillərdən biri son zamanlarda tənzimləmələrlə bağlı müəyyən işlərin görülməsidir. Həmçinin, ili çox köhnə olan avtomobillərin taksidə istifadəsinin qadağan olunması da səbəblər sırasındadır. Belə ki, buraxılış ili 2008-ci ildən köhnə olan avtomobillər taksi şirkətlər tələbinə uyğun olaraq qeydiyyata alınmır və xidmətə cəlb edilmir. Yəni bəzi nəqliyyat vasitələrinin taksi kimi fəaliyyətinə müəyyən məhdudiyyətlər tətbiq edilib. Bunlar isə öz növbəsində gediş haqlarının artmasına gətirib çıxarıb". 

Pərviz

0