\"Azərbaycanın əsas idxal tərəfdaşı Çindir\"

19:19 / 15.05.2024
399

“Uzun müddət Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşı olub. Ancaq indi Azərbaycanın idxal tərəfdaşı Çindir”.

 Bu sözləri Hit.az-a millət vəkili Vüqar Bayramov detib. 

O bildirib ki, son illər Çindən idxal olunan məhsulların həcmi artıb: 

“Bunun səbəbi Çindən  gündəlik istifadə edilən sənaye məhsullar deyil,avtomobil və digər texnoloji avadanlıqlarda idxal olunmasıdır. Bu da idxal həcminin artmasına səbəb olur".

Qeyd edək ki, bu ilin birinci rübündə Çin Azərbaycana idxalda lider olub. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 134 ölkədən idxal həyata keçiriblər. 

Xarici ticarət dövriyyəsi 6 milyard 428.2 milyon ABŞ dolları olub. Onun 2 milyard 651 milyon dollarını (31.7 faiz) idxal təşkil edib. 

Sevinc

0