Uşaqla həkim münasibəti necə olmalıdır ?

SAĞLAMLIQ
22:51 / 25.06.2024
444

Son günlər sosial şəbəkələrdə xarici pedatrin yay 6 bir video çox müzakirə olunur.

Videoda yaşlı həkim körpə ilə oynayır, diqqətini yayındırır və iynəni elə vurur ki, necə deyərlər, uşağın ruhu da incimir. 

Videoya baxanda adamın beynindən bir fikir yaranır "əsl həkim belə olar".

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, uşaqları həkimlə qorxutmaq olmaz:

 “Əvvəla onu qeyd edim ki, tibb işçiləri, psixoloqları da qınayıram. Körpə uşağı qoyur müayinə stolunun üstünə, vəssalam, çəkilir kənara... Axı həkimin otağı, gördüyün insanlar uşaqdan ötrü yad adamlardır. Uşaq da təbii olaraq ağlayır, müayinə etməyə imkan vermir. Əksər analar uşağın paltarını belə qaldırmağa ərinirlər. Xüsusən də gənc analar... Biz həkimlər də, tərbiyəçilər də, valideynlər də uşağa xüsusi məhəbbətlə yanaşmalıyıq. Pediatr elə bir şəxs olmalıdır ki, o uşaqları sevməlidir. Onlarla uşaq kimi davranmalıdır. Xarici sosial mediada yayılan videoları görəndə insanın ürəyi açılır. Uşaqla uşaq olmalıdır".

Sevinc

0