Vələmirin tərkibindəkilər bizə necə təsir edir?

SAĞLAMLIQ
20:19 / 01.11.2024
243

Hit.az “Şəfalı bitkilər”  rubrikasında vələmir haqqında məlumat verir.

“Vələmirin tərkibində bir çox maddələr var ki, ən ağır xəstəni belə ayağa qaldıra bilər”.

Bu sözləri Hit.az-a türkə çarəçi Seymur Maksudov deyib.

Onun sözlərinə görə, vələmir enerji mənbəyidir:

“Vələmirin tərkibində dəmir, fosfor maqnezium kimi dəyərli minerallar var. Tərkibində olan betaglukan immuniteti sistemini gücləndirərək, yaraların tez bir zamanda sağalmasını təmin edir. Vələmir enerji mənbəyi olduğu üçün səhər qəbul edildikdə qan şəkərini təmizləyir, ürək sağlamlığı üçün faydalıdır. Vələmirdən hazırlanan yeməklər qaraciyər hüceyrələrinə müsbət təsir edir, mədəaltı vəzin funksiyasını artırır. Qəbzliyin tez aradan qalxmasına yardımçı olur. Eyni zamanda, toxluq hissi yaradaraq arıqlamağa kömək olur”.

Murad


 

0