Uşaqların üzünün rənglənməsi düzgündür?

SAĞLAMLIQ
18:59 / 04.11.2024
161

Uşaqlar üçün keçirilən müxtəlif tədbirlərdə adətən uşaqları üzü kimyəvi rənglər tərəfindən rənglənir.

Bu da həmin tədbirə ayrıca bir rəng qatır.

Uşaqlar sevimli qəhrəmanların şəklini üzünə kimyəvi boya vasitəsilə həkk edir.

Ancaq həkimlər israrla kimyəvi boyaların uşağın üz dərisinə ziyan vurduğunu bildirir.

Pediatr Mətanət5 Əliyeva Hit.az-a şərhində bildirib ki, üz boyama vasitəsilə uşaqlar super qəhrəmanlar, heyvanlar və ya cizgi filmi personajları kimi sevimli personajlara çevrilə bilərlər:

"Başqalarının üz boyama işlərini təriflədiyini görəndə özlərinə inamları artır. Xüsusilə , qrup fəaliyyətlərində üz boyamada iştirak edən uşaqlar digər uşaqlarla daha çox ünsiyyətdə olur və sosial çevrələrini genişləndirirlər. Ancaq bu boyalar uşaqları sevindirməklə yanaşı, məyus da edir. Belə ki, üz boyamasının ən böyük risklərindən biri dəri allergiyasına və ya qıcıqlanmasına səbəb ola bilməsidir. Uşaqların dərisi böyüklərdən daha incə və həssasdır. Aşağı və ya zərərli kimyəvi piqmentlərdən istifadə edilərsə, bu, qızartı, qaşınma və səpgi kimi allergik reaksiyalara səbəb ola bilər. Bəzi üz boyası məhsullarının tərkibində ola biləcək ətirlər, konservantlar və ya piqmentlər potensial allergenlərdir. Ona görə də valideynlər üz boyası məhsulları seçərkən , xüsusilə diqqətli olmalı, uşaqlar üçün nəzərdə tutulmuş toksik olmayan və zərərsiz məhsulları seçməyə çalışmalı və istifadə etməzdən əvvəl kiçik sahədə dəri testi keçirməlidirlər".

Sevinc
 

0