Pezeşkian Azərbaycana gəlir

SİYASƏT
17:36 / 04.11.2024
177

İran Prezidenti Məsud Pezeşkian Bakıda keçiriləcək COP29-da iştirak edəcək.

Bu barədə Trend-ə İranın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, İran Prezidentinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu Sessiyası (COP29) çərçivəsində bir sıra görüşləri baş tutacaq.

İran nümayəndə heyətinə Prezident rəhbərlik edəcək.

Qeyd edək ki, COP29 noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.

0