“Metropoliten niyə 10 ildir o yolu bağlayıb?”

SOSİAL
22:07 / 25.05.2023
743

Xəbər verdiyimiz kimi, bu gün Xətai rayonu Xudu Məmmədov küçəsində 8 yaşlı 2-ci sinif şagirdinin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

HİT.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov öz feysbuk hesabında həmin ərazidə hərəkət edən 51 və 57 saylı avtobusların sürücülərinin nəqliyyat vasitəsini təhlükəli sürməsi ilə bağlı fikirlər bildirib. 

“Ümumiyyətlə X. Məmmədov küçəsində hərəkət edən 51 və 57 saylı xətt avtobuslarının sürücüləri özlərini ölkəmizin uzunmüddətdir ev sahibliyi etdiyi Formula 1-in sürücüsü kimi aparırdılar. 

Sağ olsun keçmiş BNA 57 saylı avtobusu yeniləri ilə əvəz etdi. İndi 51 saylı avtobusun o küçə boyu sürməsini görəndə adam qorxur. Düzü, mən görəndə ki, 51 saylı avtobus gəlir, avtomobili sağa çəkirəm ki, gəlib keçsin. 

Digər bir məsələ isə, artıq 10 ildən artıqdır ki, Həzi Aslanov metrosunun üzərində metro stansiyasının tikintisi ilə bağlı əsas yol bağlanıb. Hadisənin və hələ neçə eyni hadisənin olmasını qaçılmaz edən yol köməkçi yoldur”. 
K. Əsədovun sözlərinə görə, X. Məmmədovdan Məhəmməd Hadi küçəsinə güdən bu köməkçi yol sərt döngəli yoldur:

“Hətta 30 sürət ilə gələndə 90 dərəcəli döngə ilə qarşılaşırsan və ictimai obyektlər görmə məsafəsini məhdudlaşdırır. Ətrafda, o dar, təhlükəli yoldan 3 orta məktəbin 5 mindən çox şagirdi hər gün istifadə edir. 

Maraqlıdır, Metropoliten niyə 10 ildir o yolu bağlayıb? 10 il ərzində bir stansiyasının tikintisi başa çatmadı? Axı orada insan ölüb. 8 yaşlı oğlan. Bu hər birimizin balasıdır, övladıdır. Aidiyyəti dövlət orqanları bu bağlı yolun açılması istiqamətində iş görməlidir”.

0