Azərbaycan nefti bu qiymətə satılır

İQTİSADİYYAT
10:00 / 15.04.2026
57

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.

Hit.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 7,27ABŞ dolları və ya 5,78% azalaraq 118,56 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 125,83 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

0