İranı o idarə edir - Vens AÇIQLADI

DÜNYA
09:30 / 15.04.2026
52

ABŞ İranla danışıqları davam etdirməyə sadiqdir və Tehranın Vaşinqtonla razılaşma əldə etməyi hədəflədiyinə inanır.

Hit.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens deyib:

"Bu, bir gecədə həll ediləcək bir problem deyil. Amma bəli, inanıram ki, masada oturduğumuz insanlar razılaşmaq istəyirlər. Və bilirəm ki, ABŞ prezidenti bizə vicdanla danışıqlar aparmağı tapşırıb. Biz bunu etmişik. Biz bunu etməyə davam edəcəyik".

Onun sözlərinə görə, ABŞ İrana nüvə silahı proqramından qəti şəkildə imtina etməsi müqabilində "qlobal iqtisadiyyata qoşulmaq" imkanı təklif edir: "Bu, onun (prezident Donald Trampın-red.) İrana təklif etdiyi güzəştdir. Biz danışıqlar aparmağa və bunu reallaşdırmağa çalışacağıq, çünki bu, dünya, ölkəmiz, hər kəs üçün əla olardı. Buna görə də mən bunun reallaşması üçün mübarizə aparacağam".

Vens İslamabadda İran nümayəndə heyəti ilə danışıqlara toxununub: "Deyərdim ki, Pakistanda çox irəliləyiş əldə etmişik”.

O, həmçinin İslamabadda keçirilən görüşlərdə iştirak edən İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibafın "mahiyyət etibarilə İranı idarə etdiyi" fikrini də dilə gətirib.

Bundan əlavə, vitse-prezident Vaşinqtonun qiymətləndirməsinə görə, "hazırda atəşkəs rejiminin qüvvədə olduğunu" açıqlayıb. /Musavat.com 

0