Yaz depressiyası nədən qaynaqlanır?

SAĞLAMLIQ
11:11 / 14.04.2026
120

Yaz aylarında havaların isinməsi, təbiətin canlanması və insanların enerjisinin artması adətən “qanın yenidən qaynaması” kimi ifadə olunur. 

Lakin bu dəyişikliklər hər kəs üçün eyni təsiri göstərmir. Bəzi insanlar məhz bu dövrdə özlərinə qapanmağa, sosial münasibətlərdən uzaqlaşmağa və təkliyə üstünlük verməyə başlayırlar. Mütəxəssislərin fikrincə, bunun əsas səbəblərindən biri yaz depressiyasıdır. 

Maraqlıdır, yaz depressiyası nədir, hansı əlamətlərlə özünü göstərir və kimlər bu vəziyyətə daha çox məruz qalır? 

Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, mövsümlərin dəyişməsi bəzi insanlarda psixoloji vəziyyətə təsirsiz ötüşmür:

396569

“Bu hal daha çox 18-25 aralığında özünü göstərir. Xüsusilə irsi olaraq depressiyaya meyilli olan və ya əvvəllər bu problemlə qarşılaşmış şəxslərdə belə hallar daha tez-tez müşahidə edilir. Əsasən daxili gərginlik artır, əsəbilik və aqressiya hiss olunur”. 

Onun sözlərinə görə, bu dövrdə dəyişikliklər təkcə psixoloji səviyyədə qalmır, orqanizmdə də müəyyən fizioloji reaksiyalar meydana gəlir:

“Eyni zamanda, yaz aylarında qan təzyiqinin artmasından şikayət edənlərin sayı da çox olur. Depressiyadan qurtulmaq üçün insanlar daha çox havada olmağa və yürüyüş etməyə üstünlük verməlidirlər”.

Günel Cəlilova

0