Hacı Əliyev mayor rütbəsi aldı - FOTO

HƏRBİ
12:20 / 15.04.2026
101
Güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mayor rütbəsi alıb.
 
HİT.az xəbər verir ki, bu barədə idmançı özü instaqram hesabında paylaşım edib. 
 
O bildirib ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ona mayor rütbəsi verib: 
 
"Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Hacı Əliyev olaraq Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir. Göstərilən etimada görə təşəkkür edir, vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm”.
 
0