"iPhone Duo"nun təmiri baha başa gələcək: qiymətlər açıqlandı

TEXNO
10:36 / 16.10.2026
80

“Apple” şirkəti yeni "iPhone Duo" smartfonunun ehtiyat hissələrinin qiymətlərini açıqlayıb. Bəzi hallarda cihazın təmiri 1499 dollara başa gələ bilər ki, bu da yeni smartfonun qiymətinin təxminən 75 faizinə bərabərdir.

HİT.az-ın Notebookcheck nəşrinə istinadən verdiyi məlumata görə, ən bahalı təmir daxili ekranın dəyişdirilməsi və digər ciddi zədələrin aradan qaldırılması ilə bağlıdır.

Smartfonun arxa şüşəsinin dəyişdirilməsi 199 dollar, batareyanın və arxa kameranın təmiri isə hər biri 229 dollar təşkil edir. Xarici ekranın dəyişdirilməsi 379 dollar, həm ekranın, həm də arxa şüşənin təmiri 509 dollar, daxili ekranın dəyişdirilməsi isə 999 dollara başa gələcək. Ekranın qoruyucu qatının zədələnməsinin aradan qaldırılması üçün 49 dollar tələb olunur.

Bununla belə, “AppleCare+” genişləndirilmiş zəmanət xidməti təmir xərclərini əhəmiyyətli dərəcədə azalda bilər. Bu xidmət çərçivəsində xarici ekranın və ya arxa şüşənin dəyişdirilməsi 29 dollar, qatlanan ekranın qoruyucu şüşəsinin təmiri isə 19 dollar təşkil edir. Batareyanın tutumu 80 faizdən aşağı düşərsə, onun dəyişdirilməsi ödənişsiz həyata keçirilir.

Cihazın oğurlanması və ya itirilməsini də əhatə edən “AppleCare+” paketinin qiyməti aylıq 19,99 dollar, illik 199,99 dollar, birdəfəlik ödəniş zamanı isə 399 dollardır.

Qeyd edək ki, "iPhone Duo" üçün ilkin sifarişlərin oktyabrın 16-da açılması, satışların isə oktyabrın 23-də başlaması nəzərdə tutulur. Yeni model “Apple”ın on ildən artıq müddətdə üzərində işlədiyi qatlanan smartfon formatını təqdim edir.

Samir

0