Türkiyəyə qanunsuz yolla daxil olan azərbaycanlı tutuldu - FOTO

DÜNYA
17:05 / 05.11.2021
1469

Türkiyənin Nevşehir bölgəsində polis əməliyyat keçirib.

Hit.az xəbər veirr ki, keçirilən əməliyyat nəticəsində 3 əcnəbi vətəndaşı olan şəxs saxlanılıb. 

Saxlanılanlardan ikisi Əfqanıstan, biri Azərbaycan vətəndaşıdır. Məlumatda bildirilir ki, adı hələlik açıqlanmayan Azərbaycan vətəndaşı Türkiyəyə qanunsuz yolla daxil olub. Qeyd edilib ki,  onun adında ölkəyə daxil olmama qadağası var. 

Lazımi məhkəmə və inzibati prosedurlar tamamlandıqdan sonra sözügedən şəxslər şəxslər barəsində deportasiya qərarları tətbiq edilib. Buna görə onlar deportasiya edilmək üçün Kayseridəki mərkəzə təhvil verilib.

Orxan 

0