Makron Avropanın mümkün süqutunu etiraf etdi

DÜNYA
14:28 / 25.04.2024
139

"Avropa qarşıdakı illərdə daha çox zəifləmə riskləri ilə üz-üzədir".

HİT.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron prezidentin X-də rəsmi hesabında yayımlanan Sorbonnadakı çıxışında deyib.

Fransa lideri Avropanın sonda məhv olacağını da proqnozlaşdırıb.

"Qarşıdakı illərdə zəifləmə, hətta məcburiyyət qarşısında qalma riskləri böyükdür", deyə Makron bildirib.

O, Avropa İttifaqının böyüməsi və inkişafı üçün yeni strategiyanın yaradılmasına çağırıb, strateji və texnoloji cəhətdən müstəqil qalmağın zəruriliyini qeyd edib.

Makron deyib ki, nüvə silahı Fransaya Avropadakı tərəfdaşlarının gözlədiyi təhlükəsizlik zəmanətlərini yaratmağa imkan verəcək. Prezident aydınlaşdırıb ki, nüvə silahı həm də Rusiya ilə qonşuluq münasibətləri qurmağa imkan verəcək.

Aprelin 25-də "Bloomberg" yazıb ki, Emmanuel Makron Ukrayna münaqişəsinə öz təsir imkanlarını həddən artıq qiymətləndirir. Fransa lideri Ukrayna ilə bağlı konkret addımlar atmaqdansa, sözdə "böyük planlar" yaratmağa üstünlük verir.

Samir

0