İrandan zəlzələ anının görüntüləri: TIR-lar silkələnir, dağlardan toz dumanı qalxır - ANBAAN VİDEO

20:57 / 14.11.2021
1864

Xəbər verdiyimiz kimi, bu gün İranın cənubunda bir dəqiqə fərq ilə iki dəfə - 6.3 və 6.4 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, "TRT Haber" zəlzələ zamanı lentə alınan videogörüntülər yayıb.

Belə ki, təkanların təsirindən yolda dayanan TIR markalı ağır yük maşınları silkələnməyə başlayıb. Həmçinin uzaqda görünən dağlardan güclü toz dumanı havaya qalxıb.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 17 nəfər ağır yaralanıb.

Həmin görüntüləri təqdim edirik:

0