Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - FOTO

ÖLKƏ
17:40 / 29.04.2024
271
Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb.
 
Bu barədə məlumat Baku.ws-in "qaynar xətti”nə daxil olub.
 
Bildirilib ki, buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub. Məsələ ilə bağlı sözügedən təhsil ocağı ilə əlaqə saxladıq.
 
Universitetin Mətbuat Xidmətindən bildirilib ki, bu, Bakı Biznes Universitetinin daxili qaydasıdır və ildə bir neçə dəfə tələbələrə belə bir xəbərdarlıq edilir. Dərslərə isə heç bir maneə törətmir.
 

0