NATO Yaxın Şərq və Şimali Afrikada təlim missiyaları yaratmağı planlaşdırır

19:19 / 29.04.2024
177

NATO Yaxın Şərq və Şimali Afrikada təlim missiyalarının yaradılması ideyasını araşdırır. 

HİT.az xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" qəzeti məlumat yayıb.

Bildirilir ki, NATO bu regionlardakı ölkələrlə siyasi və diplomatik dialoqu gücləndirməyi planlaşdırır. Qəzetin diplomatik mənbələrinə görə, hazırda İordaniya və Mavritaniya bu fikrə müsbət yanaşır.

NATO hesab edir ki, təşkilatın təhlükəsizliyi Yaxın Şərq və Şimali Afrikadakı vəziyyətlə sıx bağlıdır. Xüsusilə, qeyri-sabitlik həssas əhali qruplarının yerdəyişməsinə və miqrasiya təzyiqinə səbəb olur.

Aprelin 21-də məlum olub ki, Litva və Polşa Rusiyadan Suvalki dəhlizini müdafiə etmək üçün təlimlərə başlayıb. Təlimə 1,5 min hərbi qulluqçu, o cümlədən Samogitiya motoatıcı briqadasından olanlar, 200-ə yaxın hərbi texnika, həmçinin ABŞ və Portuqaliyadan olan hərbçilər cəlb olunub.

Samir

0