"21-ci əsrin cəhənnəmi. Qətlləri dayandırın!" - Mixaylo Podolyak dünyaya müraciət etdi

DÜNYA
16:43 / 03.04.2022
1392

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri, Rusiya ilə danışıqlar qrupunun üzvü Mixaylo Podolyak Kiyev vilayətində işğalçıların vəhşiliklərini nümayiş etdirərək, Avropa ölkələrinə müraciət edib.

Qaynarinfo Unian-a istinadən xəbər verir ki, Prezident Ofisinin rəsmisi bu barədə "Twitter"də yazıb.

"Kiyev vilayəti. 21-ci əsrin cəhənnəmi. Edam edilən kişi və qadınların əlləri bağlı cəsədləri. Nasizmin ən ağır cinayətləri yenə Avropadadır. Rusiya bunu bilərəkdən etdi. Enerji resurslarına embarqo qoyun, limanları bağlayın. Qətlləri dayandırın", deyə Podolyak bildirib.

O, həmçinin Rusiya hərbçiləri tərəfindən işgəncə verilərək qətlə yetirilən ukraynalıların fotolarını yayımlayıb.

Mixaylo Podolyak "Telegram"da isə Buça rayonunda baş verənlər haqqında yazıb: 

"Avropalı tərəfdaşlarımızın fikrincə, əsas odur ki, rusları təxribata çəkilməsin? (İstehza). Əsas odur ki, Üçüncü Dünya Müharibəsi başlamasın? Əsas odur ki, ruslar inciməsinlər? Mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsi, yaşayış məntəqələrinin bombalanması, kütləvi edamlar, konslagerlərdəki kimi olsun? Onlar hələ hansı silahlardan istifadə etmədirlər? Dünya təsəvvürolunmaz qorxuya düşüb. Buçada, İrpendə, Qostomeldə anti-insanlıq hökm sürür. Yüzlərlə, minlərlə insan öldürülüb, zorlanıb, əli-qolu bağlanaraq yenidən zorlanıb və öldürülüb. Ukraynanın yüzlərlə, minlərlə dinc sakini vəhşiliklə qətlə yetirilib.

Rusların Kiyev vilayətində təşkil etdiyi bu cəhənnəm foto arxivinə baxmaq fikriniz yoxdur? XXI əsrin Srebrenitsasını istəyirdiniz? Aldınızmı? Razısınız? Narahat olmaq və başınızı bulamaq üçün növbəti sammit təşkil edin".

Mixaylo Podolyak avropalı siyasətçiləri minlərlə ukraynalının zorlanmış, yandırılmış cəsədinə diqqətlə baxmağa çağırıb.

ARAYIŞ: 2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın "denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk "respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada "xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.

Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

0