Futbol dünyası şokda: Ronaldo \"Qırmızı şeytanlar\"ı tərk edir

17:53 / 10.11.2021
1287

Kriştianu Ronaldunun ayrılmaq qərarını verməsi "Mançester Yunaytet"də şok effekti yaradıb. 

Hit.az xəbər verir ki, Ronaldunun komandadan ayrılmağa qərar verdiyi bildirilib. Klub rəhbərliyi isə portuqaliyalı ulduzu heyətdə saxlamaq üçün yollar axtarır.

İddia olunur ki, "Mançester Siti"yə qarşı oyunda 0:2 hesablı məğlubiyyət Ronaldunun komandadan ayrılmaq qərarını verməsinə səbəb olub. 

Qeyd edək ki, "Mançester Yunaytet" son 6 oyunda 1 qələbə qazanıb.

Aidə Dərvişova/Hit.az

0