Dartist qadın transa qarşı turnirdə oynamaqdan imtina etdi

İDMAN
19:42 / 06.05.2024
441

Darts üzrə üçqat dünya çempionatının finalçısı Deta Hedman 27 yaşlı trans qadın Noah-Lin van Livenə qarşı oynamaqdan imtina edib.

HİT.az "Bild"ə istinadən xəbər verir ki, Danimarkada keçirilən WDF turnirində van Liven və Hedman 1/4 finalda qarşılaşmalı idi. Lakin Hedman matçı boykot edib və o, turnirdən çəkildikdən sonra van Livenə hücum edib.

"Qadınların turnirində kişiyə qarşı oynamayacağam", deyə Hedman bildirib.

64 yaşlı qadın transgenderlərin qadın yarışlarında oynamasına qəti şəkildə qarşıdır. O, turnirdə iştirakdan imtina edərək, mövqeyini bir daha dəqiqləşdirmək istəyib.

"Həmişə deyirdim ki, idmandan həzz almayanda onu tərk edəcəyəm. Qadın dartsında mövcud problemlər ilə o an getdikcə yaxınlaşır", deyə Hedman X-də (keçmiş Twitter) yazıb.

Noah-Linn van Liven 2014-cü ildən özünü qadın adlandırır: o, əməliyyat olunub və hormon terapiyası keçirib - həmin vaxtdan van Liven qadın turnirlərində iştirak edir. Mart ayında Hildesheimdə keçirilən PDC qadın turnirində qalib gəldikdən sonra hollandiyalı qadın tənqidlərə məruz qalıb. Sonradan onun milli komandadakı bəzi həmkarları komandanı tərk edib.

Samir

0