Dünya çempionatında 1-ci yerə layiq görülən Sabit kimdir? - DOSYE

İDMAN
10:15 / 22.11.2022
1648

2021-ci ildə Ukraynanın Xarkov şəhərində keçirilən şaolin döyüş sənətləri üzrə dünya çempionatında 1-ci yerə layiq görülən Paşayev Sabit Rəhman oğlu kimdir?

Paşayev Sabit Rəhman oğlu 29 yanvar 1987 - ci ildə Ağdərə rayonu Umudlu kəndində anadan olub. 1992-ci ildə kəndləri erməni işğalçılar tərəfindən işğal edildikdən sonra ailəsi birliktə məcburi köçkün kimi Tərtər rayonunda məskunlaşıb.1993- cü ildə Tərtər rayonunun 6-saylı məktəbinin 1-ci sinifidə oxuyub. Uşaq yaşlarından içində olan vətənpərvərlik eşqi onu idmana cəlb edib. Hələ orta məktəbdəykən bir sıra Beynəlxalq turnirlərin qalibi olub. 11 illik məktəbi bitirdikdən sonra 2004-cü ildə Azərbaycan Bəynəlxalq Universitetinin Bədən Tərbiyəsi fakultəsinə daxil olur və 2008 - ci ildə müvəffəqiyyətlə universiteti bitirib, sevərək hərbi xidmətə yollanır. N- saylı hərbi hissədə xidmətini başa vurduqdan sonra 2009-cu ildə təxlis olub. 2010-cu ildə Azərbaycan DSX (Dövlət Sərhəd Xidməti)-nin xüsusi təyinatlı qrupunun komandiri olaraq xidmətə başlayır. 

6 il xidmət müddətini başa vurduqdan sonra öz xahişi ilə xidmətindən ayrılıb. 2017-ci ildə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında DSX (Dövlət Sərhəd Xidməti)-nin əməkdaşı olaraq işə başlayır. 2019-cu ildən etibarən Milan Hospitalda direktor müavini vəzifəsində çalışır və hazırda davam edir və bununla yanaşı Yusif İdman klubunun qurucusu və direktorudur.

0