Tarixin 28 apreli...

MARAQLI
14:00 / 28.04.2026
105

Bu gün tarixin vərəqlərində 28 apreldəyik.

Hit.az bildirir ki, bu gün ölkə və dünya üçün çox sayda mühüm hadisələr baş verib.

28 apreldə bir çox görkəmli şəxs dünyaya gözlərini açıb. Bu gün dünyaya gələn ən görkəmli şəxslərdən biri məhz Zərifə Əliyevadır. Görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 103 ili tamam olur.

O, 1923-cü ilin 28 aprelində Naxçıvanın Şərur rayonunda dünyaya gəlib. Elmə böyük töhfələr vermiş alim olduqca mühüm yeniliklərə imza atıb. O, həm də peşəkar kadrların hazırlanmasında misilsiz xidmət göstərib. Zərifə xanım Əliyeva 2 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Z.Əliyeva 1954-cü ildə gələcək dövlət başçısı Heydər Əliyevlə ailə həyatı qurub. Bu evlilikdən 1955-ci ildə Sevil Əliyeva, 1961-ci ildə isə İlham Əliyev dünyaya gəlib. 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanımın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunub.

28 apreldə başqa nələr baş verib?
1788-ci ildə Merilend ABŞ-nin 7-ci ştatı olub. 1920-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasına məxsus XI Qırmızı Ordu və Volqa-Xəzər hərbi donanmasının Azərbaycan bolşevikləri ölkəmizi işğal edib. Bununla da Azərbaycan SSRİ-nin tərkibinə qatılıb. 1961-ci ildə Sumqayıt trolleybusu təsis edilib.

1969-cu ildə Şarl de Qoll Fransa prezidenti vəzifəsindən istefa verib. 1989-cu ildə Bakıda Əhmədli və Xalqlar Dostluğu metrostansiyasının açılışı olub. 2019-cu ildə Bakıda keçirilən Formula-1 yarışında Valtteri Bottas Azərbaycan Qran-prisinin qalibi olub.

28 apreldə doğulan digər şəxslər:
1914-cü ildə Xalq yazıçısı Qılman İlkin, 1917-ci ildə Xalq artisti, aktrisa Məhluqə Sadıqova, 1920-cı ildə Xalq artisti, tarzən Hacı Məmmədov, 1924-cü ildə bəstəkar Ələkbər Tağıyev, 1929-cu ildə Əməkdar mədəniyyət işçisi Fərəh Şəkinskaya, 1950-ci ildə sabiq futbolçu və baş məşqçi Adil Nadirov və 1952-ci ildə sabiq nəqliyyat naziri Ziya Məmmədov dünyaya gəlib.

1906-cı ildə amerikalı riyaziyyatçı Kurt Hödel, 1916-cı ildə italiyalı iş adamı Ferruçço Lamborgini, 1926-cı ildə türkiyəli general Hulusi Sayın, 1936-cı ildə türkiyəli aktyor Kazım Qartal, 1937-ci ildə İraqın 5-ci prezidenti Səddam Hüseyn, 1970-ci ildə argentinalı sabiq futbolçu və baş məşqçi Dieqo Simeone, 1974-cü ildə ispan aktrisa Penelopa Kruz, 1981-ci ildə amerikalı aktrisa Cessika Alba və 1988-ci ildə ispan futbolçu Xuan Mata doğulub.

28 apreldə vəfat edənlər:
1853-cü ildə alman şair Lüdviq Tik, 1872-ci ildə avstraliyalı yazıçı Luiza Atkinson, 1936-cı ildə Misir kralı I Fuad, 1945-ci ildə İtaliyanın sabiq rəhbəri Benito Mussolini, 1973-cü ildə fransız filosof Jak Mariten və 1998-ci ildə azərbaycanlı xanəndə Nəriman Əliyev vəfat edib.

Pərviz
 

0