Bakıda çimərlikdə avtomobil yandı - FOTO

18:12 / 16.08.2020
1158

Bakıda hərəkətsiz halda olan avtomobil yanıb.

Hadisə Səbail rayonu, Şıx qəsəbəsində yerləşən çimərlikdə qeydə alınıb.

Hadisə zamanı hərəkətsiz halda olan "Niva" markalı avtomobil qəfildən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

1
Apa.az