Qonşusundan aldığı borcu onun evindən oğurladığı pulla qaytardı

HADİSƏ
21:52 / 18.05.2024
401

İsmayıllı şəhərində ona borc pul verdiyinə görə qonşunun evindən oğurluq edən şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, hadisəni 1992-ci ildə İsmayıllı şəhərində anadan olmuş Elçin adlı şəxs törədib. 

Belə ki, Elçin qulağı zəif eşidən Afər adlı qonşusundan 100 manat borca pul istəyib. O, qonşusu ona borca pul verdiyinə görə Afərin evində daha çox pul olduğu qənaətinə gəlib və mənzilə oğurluğa gedib. Həmin şəxs evin ikinci mərtəbəsinə çıxaraq, yataq otağındakı yorğan-döşəyin altında saxlanılmış 2300 manatı götürüb. 

Elçin oğurladığı pulların 270 manatını "Azpulmat" pul kisəsi proqramına kredit borcuna, qalanını isə alış-verişə xərcləyib. Oğurluq etdiyi qonşusundan aldğı 100 manat borucunu da ödəyib.  

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli biliniv ə 2 il 6 ay azadlıqdan məhrum edilib.

0