Motosiklet sürücüsünü döyən “Lexus” sahibi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB/ FOTO
ÖLKƏ
23:27 / 25.04.2022
3316

“Lexus” markalı avtomobilin sürücüsünün motosikletçini döyməsi ətrafda olanların və sosial şəbəkə izləyicilərinin ciddi narazılığına səbəb olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov Lent.az-a açıqlamasında yayılan görüntülərdən məlumatlı olduqlarını bildirib.

Onun sözlərinə görə, artıq yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb: "Hadisə araşdırıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Qeyd edək ki, "Lexus"un sürücüsünün Dadaşov Sultan Tofiq oğlu olduğu bildirilir.

22:01

Bakıda “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülər yayılıb.

HİTaz xəbər verir ki, hadisə Mətbuat prospektində qeydə alınıb.

Belə ki, motosiklet sürücüsü avtomobil sürücüsünə yola görə reaksiya verib. Bundan hirslənən avtomobilin sürücüsü motosikleti dayandırıb.

Görüntülərdə “Lexus”un sürücüsü avtomobillə motosiklet sürücüsünün ayağının üstündən keçdiyi görünür. Daha sonra maşından düşərək ona hücum edir və təhqir edir. /Qafqazinfo

0