Mirşahindən “Bu şəhərdə“nin parodiyasına REAKSİYA

ÖLKƏ
19:39 / 01.09.2020
1552

Xəbər verdiyimiz kimi, “Bu şəhərdə” teatrı bu dəfə Real TV-nin rəhbəri, tanınmış telejurnalist Mirşahin Ağayevi parodiya edib.

Aktyor Coşqun Rəhimovun etdiyi parodiya maraqla qarşılanıb. Qısa müddət ərzində görüntülərin baxış sayı 33 mini ötüb.

Jurnalistin “Bu Şəhərdə” kollektivinin parodiyasına yanaşması özünəməxsus olub.

Yenisabah.az-a danışan M.Ağayev səhnəcikdəki obrazdan fərqli olaraq suala birbaşa və konkret cavab verib:

“Səhnəciyi izləmişəm. Maraqlı yanaşmadır. “Bu Şəhərdə” kollektivinə uğurlar arzu edirəm”.

Həmin görüntüləri təqdim edirik:

7