"İstedadlıyam deyə, məni incitməlidirlər?" - Xalq artisti

MƏDƏNİYYƏT
15:45 / 14.05.2024
518

“Mən heç bir zaman kiminsə işinə mane olmamışam, heç kimə pislik eləməmişəm. İndi mən yaxşıyam, bacarıqlıyam və buna görə göz önündəyəm deyə məni öldürməlisiniz? Bacarığınız var siz də edin. Məndən intiqam almayın, haqqıma girməyin”.

Bu fikirləri Hit.az-a Xalq artisti Bəsti Cəfərova səsləndirib.

O bir zamanlar haqqında qəzetlərə məlumat verib, hədyanlar yazdırmış həmkarları barədə danışıb:

"Onların adını çəkmək istəmirəm. Mənim üçün ölüblər. Yazırdılar ki, nə mən, nə də yaxın dostum Ramiz Novruzun istedadı yoxdur, biz istedadsızıq. Elədiyimiz işlər göz önündə idi. Amma söz elə şeydir ki, biri inanmayanda, beşi inanır. Niyə mənim haqqıma girdilər? Buna layiq deyildim".

Murad

0