Şap elə bilir şupdadır... - Qeydiyyat problemi

ÖLKƏ
22:36 / 16.05.2024
173

Redaksiyamıza şikayət daxil olub. Cəmilə Balayeva yazıb ki, Bakı şəhərində qeydiyyatı yoxdur, lakin mənzil alıblar. Mənzilə  qeydiyyata düşə bilmirlər, çünki dövlət tərəfindən binaya çıxarış verilməyib:

“Biz hara qeydiyyata düşək ki, qanunsuz sayılmasın?”

Bu sualın cavabını Hit.az-a açıqlayan hüquqşünas Elvin Babayev bildirib ki, 2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar:

“Lakin ötən ilin əvvəlindən Daxili İşlər Nazirliyi (DİN) tərəfindən vaxtilə polis orqanlarının binalarında qeydiyyata düşmüş vətəndaşların hamısı qeydiyyatdan çıxarıldı. Nazirlik bu addımı sui-istifadə hallarının qarşısını almaq üçün edib.

Vətəndaş yalnız faktiki yaşayış yeri olduqda polisin inzibati binasından qeydiyyatdan çıxarılır və dərhal olduğu yer üzrə qeydiyyata alınır. Hüquqi sənədi olmayan ünvanlarda yaşayan şəxslərin evlərinin sənədləşdirilməsi aidiyyəti dövlət orqanlarında həyata keçirilir.

Əgər vətəndaşın özünün və yaxın qohumlarının yaşadıqları evlərin müvafiq sənədləri yoxdursa, bu barədə ərazi üzrə polisə xəbər verilməli, sonra ASAN xidmətə müraciət olunmalıdır. Vətəndaşın qeydiyyata alınması üçün əmlakı olmalıdır, ya da qohumlarından birinin razılığı əsasında onların yaşadığı mənzilə qeydiyyata düşməlidir. Çox zaman yaşayış yeri olmayan vətəndaşlara imtina verilir.  Mən belə vətəndaşlara verilmiş imtina əsasında məhkəməyə müraciət etməyi məsləhət görürəm. ”- deyə o bildirib.

Qeyd edək ki, bu məsələ ölkəmizdə tam qanuni həllini tapmayıb.

Murad

0