İcra başçısı ilə birgə saxlanılan müavinləri (FOTO) 

ÖLKƏ
16:26 / 29.04.2020
1372

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib. Artıq İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.

Əməliyyat zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevlə birgə müavinləri - birinci müavini Xanlar Bayram oğlu Məmmədov, müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri - Elsevər Cəmil oğlu Həsənov, müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Cəbrayıl qızı Yüzbaşova da saxlanılıb. //Unikal.org

0